İŞİD fətva verdi: Ərdoğan öldürülsün - FOTO
Bizi izləyin

Dünya

İŞİD fətva verdi: Ərdoğan öldürülsün - FOTO

İŞİD terror qruplaşması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində ölüm fətvası verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, fətva İŞİD-ə yaxın sosial şəbəkə hesablarından birində dərc olunub.

ABŞ-ın liderlik etdiyi koalisiyaya dəstəyini və türk qırıcılarının İŞİD-in mövqelərini vurmasını səbəb göstərən terror qruplaşması Ərdoğanı “mürtəd” elan edib. İŞİD-ə görə “nüseyri və yəhudi kafirlərlə birlikdə hərəkət edən” Ərdoğan müsəlman qanı tökür. Ərdoğanın tövbə edərək ABŞ-ın liderlik etdiyi koalisiyaya verdiyi dəstəyi kəsəcəyi halda ölüm cəzasının da ləğv olunacağı bildirilib.

Fətvada islam tarixi və hədislərdən nümunələr verilib. İŞİD-ə qarşı koalisiyaya qatılan və “yəhudilərlə əməkdaşlıq edən” Ərdoğanın “dindən necə çıxdığına” dair məlumatlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm