Türkiyəli nazir jurnalistlərə əsəbiləşdi
Bizi izləyin

Dünya

Türkiyəli nazir jurnalistlərə əsəbiləşdi

Türkiyənin yeni daxili işlər naziri Selami Altınok Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil olunan mərasimdə jurnalistlərə əsəbiləşib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, yeni nazirin bu hərəkəti Türkiyə ictimaiyyəti arasında da birmənalı qarşılanmayıb.

Jurnalistlərin suallarına əsəbi və sərt şəkildə cavab verən nazir S.Altınok deyib: “Mənə çox sual verirsiniz, nazir təyin oldunduğum iki gündür, imkan verin işlərlə tanış olum. Hələ ki, tanış ola bilməmişəm”.

Nazir Türkiyədə terrorla mübarizənin də sərt şəkildə davam etdiriləcəyini bəyan edib: “Terrorla mübarizəni sona qədər davam etdirəcəyik. Türkiyə dövlətinə və millətinə qarşı edilən hər bir təhdidin cavabı olacaq. Hətta lazım gələrsə, hər bir terrorçunun başını əzəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm