ABŞ-dan Rusiyaya yeni zərbə: müdafiə müəssisələrinə SANKSİYA
Bizi izləyin

Dünya

ABŞ-dan Rusiyaya yeni zərbə: müdafiə müəssisələrinə SANKSİYA

ABŞ İran, Koreya və Suriyaya qarşı çıxardığı "yayılmama" haqqında qanunu pozmaqda şübhəli bilinən Rusiya şirkətlərinə qarşı sanksiyaları qəbul edib.

Publika.az xəbər verir ki, sanksiyaların altına düşən şirkətlərin siyahısı "Federal Register" nəşrinin saytında dərc olunub.

Siyahıda "Cihazqayırma konstruktor bürosu" ASC, "Rosoboroneksport" şirkəti, "MİQ" təyyarəqayırma korporasiyası, elektron-optik cihazlarının istehsalçısı “Katod” və digər şirkətlər düşüblər.

Yeni siyahıya həmçinin İran, Çin, Şimali Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Sudan və Türkiyədən olan şirkətlər düşüb. Sanksiyalar ABŞ nazirliklərinə və idarələrə bu şirkətlərə maddi dəstək göstərməyi qadağan edir. İstisnalar yalnız ABŞ Dövlət Departamentinin qərarı ilə mümkün ola bilər.

Bundan başqa, şirkətlərə Amerika hökumətinin hərbi təyinatlı mallarını satması qadağan edilir.

Əgər sanksiyalar Dövlət Departamentinin qərarı ilə dəyişdirilməsə, onlar iki il müddətində qüvvədə qalacaq.

“Yayılmama” haqqında qanun ilk dəfə 2000-ci ildə İrana qarşı qəbul edilib. Qanun 2005-ci ildə Suriya, 2006-cı ildə isə Koreya ilə bağlı tətbiq olunub. Sənəd bir sıra mallar, xidmətlər və texnologiyaların bu ölkələrə çatdırılmasını qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm