Hakkaridə silahlı qarşıdurma: 20 PKK terrorçusu öldürüldü
Bizi izləyin

Dünya

Hakkaridə silahlı qarşıdurma: 20 PKK terrorçusu öldürüldü

Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında bir qrup PKK döyüşçüsü ilə hərbçilər arasında silahlı qarşıdurma baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurmada bir əsgər şəhid olub, 2-si yaralanıb.

Yaralılar vertolyotla xəstəxanaya çatdırılıb.

Qarşıdurmadan sonra Türkiyə Silahlı Qüvvələrinin F-16 təyyarələri PKK-nın bölgədəki mövqelərinə zərbələr endirib. Məlumata görə, iki qrupda olan 20 terrorçu məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm