İŞİD-in kamikadze toyuqları – ŞOK FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD-in kamikadze toyuqları – ŞOK FOTOLAR

İŞİD terror təşkilatı silahlıları İraq və Suriyanın müxtəlif bölgələrində, o cümlədən Türkiyə sərhədlərinə yaxın ərazilərdə yaşayan ev heyvanlarından da “canlı bomba” kimi istifadə etməyə başlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İŞİD terrorçuları İraqın Fəllucə şəhərində orduya və könüllü qüvvələrə qarşı zərbə endirmək üçün bu dəfə kəndlərdən tutduqları toyuqlardan “canlı bomba” kimi istifadə ediblər. Terrorçular toyuğun üzərinə məsafədən idarə olunan bomba bağlayaraq, qarşı tərəfə göndərirlər. Daha sonra isə həmin bombanı istədikləri zaman partladırlar.

İŞİD üzvləri hazırladıqları “canlı bomba”nın fotolarını internetdə də paylaşıblar.

Ekspertlər bildirirlər ki, İŞİD-in yaxın gələcəkdə Türkiyəyə qarşı həyata keçirəcəyi hücumlarda bu cür taktikadan da istifadə etməsi istisna deyil.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm