Dünya
Kremlə qarşı Ankara-Vaşinqton oyunu: enerji layihəsi təhlükə qarşısında
Türkiyənin “Daily Sabah” nəşri Rusiya və Türkiyənin “Türk axını” layihəsi ilə bağlı razılaşmamasının səbəbləri haqqında məqalə dərc edib.
Publika.az xəbər verir ki, nəşr layihə ilə bağlı razılaşmanın əldə olunmamasının çox dərin səbəblərinin olduğunu yazıb.
Rusiyanın energetika naziri Aleksandr Novak iyul ayında bildirib ki, Moskva və Ankara “Türk axını” ilə bağlı razılaşıb. Ancaq Rusiyanın “Qazprom” və Türkiyənin “Botas” şirkətləri arasında müqavilə hələ də bağlanmayıb. Türkiyə tərəfinin iddiasına görə, Moskvanın irəli sürdüyü şərtlər Ankara üçün qəbuledilməzdir. “Daily Sabah” nəşri isə hesab edir ki, əslində Moskva və Ankaranın razılaşmamasının başqa səbəbləri var.
Qəzetin iddiasına görə, layihənin icrasında ləngimələrin əsas səbəbi Türkiyənin ABŞ-la hərbi-strateji əməkdaşlığa fəal cəlb olunmasıdır. Bu əməkdaşlıq Rusiya-Türkiyə əməkdaşlığının genişlənməsinə imkan vermir.
ABŞ-ın müdaxiləsi ilə yanaşı, “Türk axını” üçün daha bir problem var. Türkiyədə müvəqqəti hökumət fəaliyyət göstərir. Növbəti seçkilər 1 noyabr tarixinə təyin edilib. Bu isə iddia etməyə əsas verir ki, iqtisadi nöqteyi-nəzərdən “Türk axını” layihəsi ən azı üç ay təxirə salınacaq.
Layihənin birinci mərhələsi 2016-cı ildə başa çatdırılmalı idi. Razılaşmanın gecikdirilməsi hər iki tərəfə əhəmiyyətli maliyyə itkiləri gətirəcək. “Türkiyə ABŞ-la əməkdaşlıq edərək Rusiyanın timsalında əhəmiyyətli strateji partnyorunu itirmək təhlükəsi qarşısındadır”, - nəşr qeyd edib.
Ömər Dağlı
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu