Qızıl dolu qatar tapılıb?
Bizi izləyin

Dünya

Qızıl dolu qatar tapılıb?

Polşanın Mərkəzi Bankı ölkədə keçmiş nasist Almaniyasına məxsus qiymətli əşyalarla dolu qatar tapılması ilə bağlı məlumatın yalan olduğunu bəyan edib.

Publika.az-ın məlumatına görə, bankın rəhbəri Marek Belka bunun tamamilə uydurma olduğunu bildirib.

Polşa mədəniyyət nazirinin müavini ötən həftə belə bir qatarın tapılmasına demək olar ki, əmin olduğunu bəyan etmişdi. Qızıl və digər qiymətli əşyalar olan qatarın keçmiş yeraltı tunellərdən birində olduğu bildirilirdi.

Məlumatlara görə Nasist Almaniyası qatarı Polşadan çıxarmaq istəyirmiş.

Amma bu baş tutmayıb və qatar Polşa ərazisində qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm