Efirdə dava düşdü: Deputat həmkarının qabırğasını sındırdı
Bizi izləyin

Dünya

Efirdə dava düşdü: Deputat həmkarının qabırğasını sındırdı

Sentyabrın 1-də deputat Oleq Barna və Radikal Partiyanın nümayəndəsi Yuri Çijmar qonağı olduqları verilişin studiyasında dalaşıblar.

Axar.az rus mətbuatına istinadən xəbər verir ki, veriliş zamanı dava edən deputatlardan biri digərinin qabırğasını sındırıb. Radikal Partiyanın lideri Oleq Lyaşkonun sözlərinə görə, Yuri Çijmar ciddi zədələr alıb, onun qabırğası sınıb və hazırda xəstəxanadadır.

Onu da qeyd edək ki, sözügedən hadisədən sonra gecə saatlarında Radikal Partiya üzvləri lideri ilə birlikdə Ukrayna Prezident Administrasiyasının önünə toplaşıb və dövlət başçısı ilə görüş tələb edib. Lakin təhlükəsizlik əməkdaşları “radikallar”ı ordan uzaqlaşdırmağa müvəffəq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm