956 terrorçu məhv edildi, 587 nəfər həbs olundu – Türkiyə 72 şəhidinə ağlayır
Bizi izləyin

Dünya

956 terrorçu məhv edildi, 587 nəfər həbs olundu – Türkiyə 72 şəhidinə ağlayır

Türkiyə Silahlı Qüvvələri iyulun 22-dən bu günə qədər məhv edilən PKK terrorçularının sayını açıqlayıb.

Publika.az xəbər verir ki, 58 gündür davam edən əməliyyatlar zamanı ümumilikdə 965 PKK terrorçusu öldürülüb. Hava əməliyyatları nəticəsində ölkə xaricində 580, ölkə daxilində 250-300 terrorçu yaralanıb. Həmçinin PKK-ya böyük itkilərə səbəb olan ağır zərbələr vurulub.

24 iyuldan bu günə qədər Türkiyənin dörd bir yanında keçirilən terror əməliyyatları nəticəsində əksəriyyəti PKK-çı olan 2 min 264 şəxs saxlanılıb, onlardan 587-si həbs olunub. Həbs olunanlar arasında İŞİD üzvləri də var. Əməliyyatların keçirildiyi bu müddətdə Türkiyə 72 şəhid verib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm