Daxili Qoşunlar ləğv olundu -Ukraynada
Bizi izləyin

Dünya

Daxili Qoşunlar ləğv olundu -Ukraynada

Daxili Qoşunlar ləğv olundu -Ukraynada

Qərara görə, Ukraynada Daxili Qoşunlar ləğv olunur, onun bazasında Ukrayna Milli Qvardiyası yaradılır.Martın 13-də Ukrayna parlamenti ölkədə yeni silahlı birləşmənin yaradılmasına qərar verib.

“Media forum” saytı xəbər verir ki, 60 min üzvü olacaq qvardiyanın əsas funksiyası hüquq mühafizəsidir. Bundan başqa Milli Qvardiya dövlət sərhədini qoruyacaq, terrora qarşı mübarizə aparacaq, ərazi bütövlüyünə təhlükə törənəndə ordunun müəyyən funksiyalarını həyata keçirəcək.

Milli Qvardiyanın rəhbərini prezidentin təqdimatı ilə parlament təyin edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm