Müharibə uşaqlarının dəhşətli tablosu: dünya bu fotolara ağlayır – FOTOLAR (+18)
Bizi izləyin

Dünya

Müharibə uşaqlarının dəhşətli tablosu: dünya bu fotolara ağlayır – FOTOLAR (+18)

Dünya 3 yaşlı suriyalı uşaq Aylanın sahildə tapılan cəsədinə ağlayır.

Publika.az xəbər verir ki, Suriyadakı daxili müharibə və İŞİD qətliamı Aylan və ailəsinin Kobanidən Avropaya sığınmaq üçün yola çıxmağa məcbur edib. Lakin bu yol 3 yaşlı Aylan və ondan bir yaş böyük olan qardaşı Qalibin ölümünə gedən cığır imiş. 12 nəfərin həyatını itirdiyi faciəvi qəzada hər iki qardaş dənizdə boğularaq həyata vida edir və bir müddət sonra dalğalar 3 yaşlı Aylanın cansız bədənini Türkiyənin Bodrum sahillərinə çıxarır. Turistlərin əyləncə üçün üz tutduğu Bodrum sahilləri bu dəfə ölümdən qaçan uşaqların son məkanı oldu.

Gözəl günlər görəcəyik, cocuqlar”. Məşhur türk mahnısında deyilənlər təəssüf ki, Aylan kimi müharibə uşaqları üçün keçərli deyil. Və dünya 3 yaşlı bu uşağın sahildə yıxılıb qalan cansız bədəninin əks olunduğu fotolara baxıb ağlayır.

Böyük Britaniyanın “The İndependent” nəşri hər iki qardaşın Suriyada xoşbəxt günlərinin əks olunduğu fotoları yayımlayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm