İŞİD türk əsgərini girov götürdü: ağır artilleriya Suriyaya yeridilir – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD türk əsgərini girov götürdü: ağır artilleriya Suriyaya yeridilir – ŞOK İDDİA

Türkiyə ilə Suriya sərhədində bir əsgərin şəhid olduğu, digərinin itkin düşdüyü silahlı qarşıdurma haqda şok iddia irəli sürülüb.


Publika.az xəbər verir ki, “Sputnik Rusiya” saytı itkin düşən türk əsgərinin İŞİD tərəfindən girov götürüldüyünü yazıb.


Türkiyədən İŞİD-ə qatılmaq istəyən bir qrup şəxs Kilis sərhədindəki Ardıçlı kəndi yaxınlarında qeyri-qanuni yolla Suriyaya keçmək istəyərkən türk sərhədçiləri bunun qarşısını almağa cəhd göstərib. Bu vaxt türk əsgərləri ilə İŞİD döyüşçüləri arasında silahlı toqquşma baş verib.
Əsgər Y. A. ayağından yaralandığı üçün qaça bilməyib və sərhədi aşan İŞİD-çilər tərəfindən girov götürülüb. Məlumata görə, itkin əsgər Suriyanın Çobanbəy qəsəbəsinə aparılıb və onun xəstəxanaya yatırıldığı deyilir.

İddialara görə, İŞİD türk əsgərinin qarşılığında Ankaradan nə isə tələb edəcək. Hazırda itkin əsgərin tapılması istiqamətində işlər davam etdirilir. Sərhəddə mühafizə gücləndirilib, bölgəyə tanklar yeridilib. Ağır artilleriyanın Suriyaya tuşlandığı deyilir. Digər tərəfdən, itkin əsgərin tapılması üçün MİT hərəkətə keçib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm