Azərbaycanlı müridindən Adnan Oktara ŞOK ittiham: "O mavidir" – FOTO
Bizi izləyin

Dünya

Azərbaycanlı müridindən Adnan Oktara ŞOK ittiham: "O mavidir" – FOTO

Harun Yahya adlı tanınan ilahiyyatçı barədə azərbaycanlı müridin etirafları

Musavat.com-a daxil olan məktub Türkiyədə və ondan kənarda tanınan, özünü ilahiyyatçı kimi qələmə verən Harun Yahya barədədir. Azərbaycanlı müridi onun haqqında sensasiyalı etiraflar yazıb. Həmin yazını dərc edirik:

"Adım Murad Kamaldır. Bakı Dövlət Universitetinin məzunuyam. 27 yaşım var. Mən 5 ildir ki, Harun Yahya ləqəblli, Adnan Oktar adlı din xadimi adı altında gizlənmiş saxtakarın müridlərindən və Azərbaycanda ən aktiv üzvü olmuşam. Dəfələrlə Türkiyədə qonağı olmuşam və Azərbaycandan çox sayda qız və oğlanları Harun Yahya camaatına cəlb etmişəm.

Bu gün isə Tövbə etdiyimi hamıya açıqlayıram.

Sakit, səssizcə də kənara çəkilə bilərdim. Amma çox sayda qız və oğlanların bataqlığa düşməsinə səbəb olmuşam. Tövbəmi açıq elan edirəm ki, hamıya aydın olsun və Allah qarşısında bəraətimi elan edirəm. Allah məni bağışlasa sevinərəm ,yoxsa axirətdə bilirəm hesabım ağır olacaq.

Tövbə etməmin əsas səbəbi isə 5 ildən sonra mənə aydın olan Harun Yahya adlı saxtakarın əslində dinlə əlaqəsi olmadığı və özünün də "GEY" (Mavi) olduğunu öyrənməyim oldu. Əvvəllər Harun Yahyanın canını din üçün fəda etdiyinə görə evlənməyə belə vaxtının olmadığı yalanına inanmışdım. Amma sonra onunla bir sözə və bir işarəyə görə yatağa girməyə can atan qız müridlərinin əsl həqiqəti bildiklərini öyrəndim. Sən demə, "Hocam, sənin üçün içim yanır" və sairə sözlər hamısı əvvəlcədən hazırlanmış ssenari imiş. Bu saxtakar gənc oğlan manekenler ilə yatağa girir. Yəni özü onlara təklif edir (anladınız yəni).

Gec də olsa ayıldım və çirkab bataqlığından uzaqlaşdım.

Azərbaycandan Harun Yahya camaatına cəlb etdiyim qızlar və oğlanlar barədə danışmayacam. Sirləri gizli saxlayacam. Çünki onlara görə yox, onların ata-analarına yazığım gəldiyi üçün.

Əfsuslar olsun, azərbaycanlı qızlarının çoxu LEZBİYANKA oldu, evli oğlanların isə öz həyat yoldaşlarına qarşı cinsi istəklər zaman keçdikcə yox oldu.

Valideynlərə müraciət edib deyirəm ki, övladlarınızı qoruyun.

Mən isə çox böyük günah etmişəm. Çoxlarının qızları və oğlanlarının Harun Yahya çirkabına batmalarına səbəb olmuşam.

Allah məni bağışlasın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm