Çavuşoğlu deputatlığa namizəd olur
Bizi izləyin

Dünya

Çavuşoğlu deputatlığa namizəd olur

Türkiyənin sabiq xarici işlər naziri Mövlüd Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Antalyadan millət vəkilliyinə namizədliyini irəli sürüb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Mövlüd Çavuşoğlu millət vəkilliyinə namizədliyini hakim Ədalət və İnkişaf Partiyasından (AKP) verib.

Xatırladaq ki, Türkiyədə noyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar müvəqqəti seçki hökuməti qurulub. Sabiq nazir Mövlud Çavuşoğlu isə həmin hökumətdə yer almayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm