İŞİD-in sonunu gətirəcək əməliyyat başlandı
Bizi izləyin

Dünya

İŞİD-in sonunu gətirəcək əməliyyat başlandı

Yaxın vaxtlarda ABŞ Türkiyənin “İncirlik” hərbi hava bazasındakı döyüş təyyarələrinin sayını 30-a, şəxsi heyətinin sayını isə 1500-ə çatdıracaq.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ və koalisiya qüvvələrinin İŞİD-ə qarşı yeni hərbi əməliyyata başlamasıdır.

Məlumata görə, ABŞ və Türkiyə tərəfindən İŞİD-ə qarşı başladılacaq yeni əməliyyatlarda Qətər hərbçiləri də iştirak edəcək.

Məlumatda o da deyilir ki, hazırda ABŞ Suriya və İraqdakı türkmənlərdən ibarət 25-ə yaxın komandir 10 minlik peşəkar ordunun yaradılması üçün təlim keçir. Həmin ordunun da İŞİD-ə qarşı səhra döyüşlərində iştirak edəcəyi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda ABŞ-ın “İncirlik” hərbi hava bazasında 6 ədəd “F-16” qırıcı təyyarəsi saxlanılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm