PKK-nın yeni taktikası: 81 vilayətə xəbərdarlıq edildi
Bizi izləyin

Dünya

PKK-nın yeni taktikası: 81 vilayətə xəbərdarlıq edildi

PKK terror təşkilatı terror aktları törətmək üçün oğurladığı avtomobillərin təhlükəsizlik əməkdaşları tərəfindən tanınmaması üçün onların nömrələrini dəyişdirməyə başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi PKK-nın yeni “nömrə” taktikası ilə bağlı 81 vilayətin polis təşkilatlarına xəbərdarlıq edib.

Məlumata görə, PKK üzvləri həmçinin eyni model və rəngdəki avtomobillərin nömrələrini oğurlayaraq onlardan terror aktlarında istifadə edəcəyi avtomobillərə bağlayır. Vilayətin polis qurumlarına oğurlanan nömrələrin siyahısı da göndərilib. Xəbərdarlığa görə, PKK bu nömrələrdən istifadə edərək terror aktları həyata keçirməyə hazırlaşır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm