Baş nazirdən suriyalı miqrantlara çağırış: “Avropaya gəlməyin”
Bizi izləyin

Dünya

Baş nazirdən suriyalı miqrantlara çağırış: “Avropaya gəlməyin”

Macarıstanın baş naziri Viktor Orban Brüsseldə Avropa Parlamentinin prezidenti Martin Şults ilə birgə keçirdiyi mətbuat konfransında Suriyadan Avropaya qaçmağa çalısan miqrantlara çağırış edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, macar baş nazir suriyalı miqrantlar üçün Türkiyənin ən təhlükəsiz ölkə olduğunu bəyan edib: “Üzümü Suriyadan Avropaya keçmək istəyən miqrantlara tutub deyirəm ki, sizin üçün ən təhlükəsiz ölkə Türkiyədir, xahiş edirəm, orada qalın. Avropaya gəlmək çox risklidir. Ailəniz və uşaqlarınızı öz yanınızda saxlayın, bura gəlməyin”.

Ötən gün Yunanıstan sahillərində batan suriyalı azyaşlı uşağın dünya mediasında yayılan dəhşətli fotosuna da toxunan V.Orban həmin uşağın ölümündə Almaniya hökumətini və sərhəd nəzarətçilərini günahlandırıb: “İndi heç kəs Macarıstanda, Slovakiyada, Polşada, Estoniyada qalmaq istəmir. Hər kəs Almaniyaya getmək istəyir. Bizim işimiz bunları diqqətdə saxlamaqdır. Bizim Avropa Birliyi zonasında hər kəsə açıq olan istək və tələblərimiz var. Ötən gün Almaniya baş naziri bildirib ki, qeydiyyatı olmayan şəxslər bu ölkəyə gedə bilməz. Əgər Almaniya baş naziri öz tələblərinin yerinə yetirilməsini israr edirsə, o zaman biz də öz tələblərimizi israrla icra etməliyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm