Vladimir Putin amerikalı aktyorla rinqə çıxmaqdan imtina etdi
Bizi izləyin

Dünya

Vladimir Putin amerikalı aktyorla rinqə çıxmaqdan imtina etdi

Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor Stiven Siqalla rinqə çıxmaqdan imtina edib.

Publika.az İnterfax-a istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı Çin Xalq Respublikası baş nazirinin müavini Van Yan və amerikalı aktyorla Rusiyaya məxsus adada akvariumu ziyarət edib.

Van Yan hər iki şəxsin idmanla məşğul olduğunu bildirərək onları birgə rinqə çıxmağa dəvət edib. Lakin Rusiya dövlət başçısı “cəsarət etməzdim” deyərək imtina edib.

Daha sonra onlar okeanarium və akvariumu birgə ziyarət ediblər.

Qeyd edək ki, bu, Stiven Siqalın Rusiyaya ilk səfəri deyil. O, bir neçə dəfə bu ölkədə olub və Vladimir Putinə simpatiyası ilə seçilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm