Obama Çin hərbi gəmiləri ilə qarşılaşdı – FOTO
Bizi izləyin

Dünya

Obama Çin hərbi gəmiləri ilə qarşılaşdı – FOTO

ABŞ prezidenti Barak Obama Alyaskaya üçgünlük səfəri zamanı Çinin hərbi gəmiləri ilə rastlaşıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən hadisə ilə bağlı ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) də rəsmi açıqlama yayıb.

Məlumata görə, Çin hərbi donanmasına aid olan 5 döyüş gəmisi Berinq dənizinin beynəlxalq sularında təlim keçirib. Həmin vaxtı ABŞ prezidenti Barak Obama da hərbi gəmiləri müşahidə edə bilib.

Pentaqonun sözçüsü Jeff Davis bəyan edib ki, Berinq sularında Çin hərbi gəmiləri ilk dəfədir müşahidə olunur.

Çin hökuməti isə hələlik hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm