Rusiyalı qadın biznesmen İslamı qəbul edib - FOTO
Bizi izləyin

Dünya

Rusiyalı qadın biznesmen İslamı qəbul edib - FOTO

Rusiyanın Bryansk vilayətinin eyniadlı şəhərinin sakini Olqa Novikova İslam dinini qəbul edib.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl müsəlmanlığı qəbul etmiş qadın bunu hamıdan gizlədib. Yalnız hicab geyindikdən sonra Olqanın dinini dəyişməsi ictimailəşib.

Rusiya mətbuatının yazdığına görə, övladına Adəm adını qoymuş qadın onu müsəlman ənənələri ilə böyüdür.

Əri ilə münasibətlərində hər hansı problemlərinin olmadığını deyən qadın hicab geyinməsindən məmnun olduğunu dilə gətirib. O xatırladıb ki, ailəsinin xristianlıqla bağlılığı çox zəif olub. Bu səbəbdən İslamı qəbul etmək onun üçün çətin olmayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm