Saakaşvili ilə mübahisə edən məmur işdən qovuldu
Bizi izləyin

Dünya

Saakaşvili ilə mübahisə edən məmur işdən qovuldu

Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə mübahisə edən məmur işdən çıxarılıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Nazirlər Kabineti Dövlət Aviasiya Xidmətinin rəisi Denis Antonyukun vəzifəsindən çıxarılması barədə qərar verib.

Qeyd edək ki, iyun ayının sonunda Ukraynanın İnfrastruktur Nazirliyində keçirilən mətbuat konfransında Mixail Saakaşvili ilə Denis Antonyuk arasında mübahisə olub. Saakaşvili Dövlət Aviasiya Xidmətinin rəisini konkret şəxslərdən pul almaqda və oliqarxların maraqlarına işləməkdə ittiham edib. Saakaşvili Odessa-İstanbul marşrutu üzrə uçan sərnişinlər üçün real alternativlərin olmamasından qəzəblənib. Qubernator bu marşrutun keçmiş qubernator İqor Kolomoyskinin rəhbəri olduğu “Ukraynanın Beynəlxalq Hava Yolları” şirkətinə verilməsini nümunə kimi göstərib. “Məni lazımdır ki, insanlar İstanbula və geri daha ucuz uçsunlar. Bu istiqamətdə bir şirkət bütün reysləri alır və nəticədə insanlar daha ucuz uça bilmirlər”, - Odessanın qubernatoru bildirib.

Qarşı tərəf isə Saakaşvilinin sözlərini boşboğazlıq adlandırıb.

Ukrayna prezidenti Pyotr Poroşenko isə istintaq müddəti başa çatanadək Denis Antonyuku tutduğu vəzifədən uzaqlaşdırmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm