Dünya
Müdafiə nazirinin müavini qiyam qaldırdı: 42 ölü
Tacikistanın Düşənbə və Vaxdate şəhərlərində həyata keçirilən hücumların gedişatında Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin 33 əməkdaşı öldürülüb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki mənbə bildirib.
Daha əvvəl Daxili İşlər Nazirliyi hücumlarda 17 hərbi qulluqçunun öldüyünü açıqlayıb. Nazirliyin məlumatına görə, hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdüxəlim Nazarov rəhbərlik edib. Məlumata görə, Nazarov hücumları desant-hücum batalyonunun 135 hərbi qulluqçusu ilə həyata keçirib.
Məlumata görə, keçmiş nazir müavininin qruplaşmasından 9 hərbi qulluqçu həlak olub.
Təqib edilən Nazarovun tərəfdarlarından böyük miqdarda silah-sursat əldə edilib. Bundan başqa, onun tərəfdarlarından yeddi nəfər sağ ələ keçirilib.
Bildirilir ki, hüquq-mühafizə orqanları hazırda dəstənin məhv edilməsi üzrə əməliyyat aparır. Paytaxt Düşənbədə hökumət müəssisələrinə, həmçinin prezident sarayına aparan əsas küçələr bağlanıb.
Ömər Dağlı
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir