Mühasirədə qalan komandir ölkə rəhbərliyinə müraciət etdi
Bizi izləyin

Dünya

Mühasirədə qalan komandir ölkə rəhbərliyinə müraciət etdi

Mühasirədə qalan briqada komandiri ölkə rəhbərliyinə müraciət etdi

Krımın “Belbek” aerodromunda yerləşən 204 saylı taktik aviasiya briqadasının komandiri, polkovnik Yuliya Mamçur ölkə rəhbərliyinə, Ukrayna Müdafiə Nazirliyinə və Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahına müraciət edib.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, briqada komandiri rəsmi təlimatın olmayacağı halda, atəş açmağa məcbur olacağını bildirib.

O bildirib ki, ona yalnız şifahi şəkildə silah işlətməmək barədə göstəriş verilib. Briqada komandiri qeyd edib ki, əgər yaxın vaxtlarda Krımdakı hərbi hissəyə “direktiv formada” sərəncamlar daxil olmazsa, onlar atəş açmaq da daxil olmaqla Ukraynanın Silahlı Qüvvələrinin Nizamnaməsinə uyğun hərəkət edəcəklər.

“Biz aydın başa düşürük ki, hərbi texnika və canlı qüvvə üstünlüyünə malik olan Rusiya qoşunlarının bölmələrinə qarşı dura bilməyəcəyik. Amma istənilən halda sona kimi öz borcumuzu yerinə yetirməyə hazırıq”, - briqada komandirinin ölkə rəhbərliyinə müraciətində deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm