Almaniya PKK üçün xüsusi silah hazırladı - FOTO
Bizi izləyin

Dünya

Almaniya PKK üçün xüsusi silah hazırladı - FOTO

Almaniya PKK terror təşkilatı üçün xüsusi müasir silahlar istehsal edir və onları Hollandiyaya aid hərbi yük təyyarələri ilə ünvana çatdırır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qərbdə PKK-nın ən güclü dəstəkçilərindən sayılan Almaniyanın terror təşkilatı üçün xüsusi olaraq hazırladığı silah “Bunkerfaust” DM-32 (BKF) minaatanlarıdır.

“Bunkerfaust” DM-32 minaatanları Dynamit Nobel Defence (DND) şirkətinin istehsalıdır.

Almaniyanın Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri Peşmərgə adı ilə PKK-ya göndərdiyi müasir silahlar bununla bitmir. PKK-nın əlində “Bunkerfaust” DM-32-dən başqa, “Panzerfaust 3”, “Pzf 3” EX (DM10), “Pzf 3” (DM18 / DM18A1), “Pzf 3” UB (DM38), “Pzf 3” UB-T (DM58), “Pzf 3” (DM12 / DM12A1) , “Pzf 3-T” (DM22), “Pzf 3-BT” və BKF (DM32) kimi alman silahları var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm