Merkel öncə ağlatdı, sonra icazə verdi – FOTO
Bizi izləyin

Dünya

Merkel öncə ağlatdı, sonra icazə verdi – FOTO

Almaniya kansleri Angela Merkel sözləri ilə ağlatdığı fələstinli qıza ölkəsində yaşayış icazəsi verib.


Publika.az xəbər ki, bir müddət öncə A.Merkel Rostok şəhərində “Almaniyada yaxşı həyat” başlıqlı bir tədbirdə iştirak edərkən tələbələrə mühazirə oxuyub. Gənclər arasında olan fələstinli qız Reem Sahvil tədbirdə söz alaraq problemini dilə gətirib. O, ölkəsinə geri göndərilməkdən qorxduğunu, ailəsinin çətin vəziyyətdə olduğunu bildirib.


Merkelin cavabı isə əsl alman sərtliyindən fərqlənməyib: “Siyasət bəzən çətin ola bilər. Sən yaxşı bir insansan. Bilirsən ki, Livandakı düşərgələrdə minlərlə fələstinli var. Əgər biz onlara, həmçinin Afrikada onların hamısına icazə versək, yaranacaq problemin qarşısını ala bilmərik”.


Merkelin bu sözlərdən sonra fələstinli qız göz yaşlarını saxlaya bilməyərək ağlamışdı. Kansler qıza yaxınlaşaraq ona təsəlli vermək də istəmişdi.


Almaniya KİV-nin məlumatına görə, Rostok şəhər bələdiyyəsi 14 yaşlı fələstinli qıza və ailəsinə 2016-cı ilin mart ayına qədər Almaniyada yaşamaq icazəsi verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm