Türkiyədə terror: 15 əsgər şəhid oldu
Bizi izləyin

Dünya

Türkiyədə terror: 15 əsgər şəhid oldu

PKK terrorçuları Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində türk hərbçilərə qarşı qurduğu mina partlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Dağlıca bölgəsində PKK terrorçuları yola basdırdıqları mina əsgərləri daşıyan 2 zirehli avtomobili partladıb.

Minanın partlaması nəticəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus 2 hərbi avtomobil tamamilə yarasız hala düşüb. Partlayış nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 15 nəfər hərbiçisi şəhid olub.

Xatırladaq ki, 21 oktyabr 2007-ci ildə də PKK terrorçuları Dağlıca Hakkarinin kəndində terror aktı törətmişdi. Həmin vaxtı isə 12 türk əsgəri şəhid olmuşdu, 16 nəfər isə yaralanmışdı. Həmin terror aktından dərhal sonra başladılan əməliyyat zamanı 32 terrorçu öldürülmüşdü.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm