Professor yeni üsulla prezident seçkilərinə qoşuldu
Bizi izləyin

Dünya

Professor yeni üsulla prezident seçkilərinə qoşuldu

ABŞ-ın Harvard Universitetinin professoru prezident postu uğrunda mübarizə aparacaq.

Publika.az “ABC News” nəşrinə istinadən xəbər verir ki, hüquq üzrə professor Lorens Lessiq bunun üçün lazım olan bir milyon dolları internet vasitəsilə toplayıb.

Lessiqin sözlərinə görə, o, universitetdən çıxmağa və bütün vaxtını seçkiqabağı kampaniyaya sərf etməyə hazırlaşır.

54 yaşlı professorun fikrincə, seçki kampaniyalarının maliyyələşdirilməsi üçün istifadə edilən “köhnəlmiş üsuldan” imtina etmək lazımdır. Professor qeyd edib ki, namizədlər seçki kampaniyasında onlara sponsorluq edən donorların maraqlarını müdafiə edirlər. O qeyd edib ki, Ağ Ev və Konqresdə də donorların maraqları ön plana çıxır.

Lessiq Demokratlar Partiyasından namizədliyini irəli sürəcək. Bu partiyadan ən iddialı namizəd keçmiş dövlət katibi Hillari Klinton hesab olunur. Partiyadan, həmçinin vitse-prezident Co Baydenin də Demokratlar Partiyasından prezident postu uğrunda mübarizəyə qoşulacağı istisna edilmir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 8 noyabr 2016-cı ildə keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm