Əyyaşlıq, intihar və slavyanların məhv olduğu ölkə - Maraqlı rəqəmlər ( Foto)
Bizi izləyin

Dünya

Əyyaşlıq, intihar və slavyanların məhv olduğu ölkə - Maraqlı rəqəmlər ( Foto)

Əyyaşlıq, intihar və slavyanların məhv olduğu ölkə - Maraqlı rəqəmlər

Ukrayna KİV-lərinin Rusiya ilə bağlı araşdırmalrının sayı artıb. Təbliğati xarakter daşıyan həmin araşdırmalar "Krım hara gedir " başlığı ilə təqdim edilir və Rusiyanın real mənzərisi krımlılara izah edilir. Publika.Az həmin araşdırmalrdan birini təqdim edir,

Rusiya Federasiyasında ölümlərin artma sürətinə görə dünyada üçüncü yer tutur (ildə 0,493% azalma müşahidə olunur)

Rusiya ölüm səviyyəsinə görə dünyada 16-cı yerdədir (1000 nəfərə 13,97 ölüm payı düşür).

Spirtli içkidən istifadəyə görə Rusiya dünyada 16-cı yerdədir (adambaşına ildə 13,5 litr təmiz etanol düşür).

Pivədən istifadə edən ölkələrin siyahısında dünyada 26-cı yerdədir (ildə adambaşına 66 litr düşür).

İntiharların sayına görə dünyada 13-cü yerdədir (100 min adama 19,7).

Siqaret istifadəsinə görə dünyada 4-cü yerdədir (ildə adambaşına 2786 siqaret).

Məhkumların sayına görə dünyada 8-ci yerdədir (100 min adama 484 nəfər).

Polislərin sayına görə dünyada 17-ci yerdədir (100 min adama 546 nəfər).

Adambaşına düşən avtomobillərin sayına görə dünyada 57-ci yerdədir (100 min adama 293 nəfər). Rusiya nəinki, bütün Avropadan həmçinin də, Belarus, Malayziya və Argentinadan geri qalır.

Təhsilə ayrılmış məxaricə görə dünyada 119-cu yerdədir (ÜDM-a əsasən 3,9%).

Rusiyada slavyanların (rusların) kəmiyyəti getdikcə azalır: 2002-ci ildə 115,9 milyon (əhalinin 79,83%-i), 2010-cu ildə isə əhalinin 77,71%-dən 111 milyonu (4,2% azalıb) ruslardan təşkil olunub.

2012-ci ildə Rus pravoslav kilsəsinə üzvləri 58,8 milyon (41%) təşkil edirdi. Ateist, dinsizlər 54 milyon (38%), müsəlmanlar 9,4 milyon (6,5%).

Bəzi məlumatlara görə Rusiyada 4,5 milyon bomj var və 654 min uşaq isə internatda yaşayır.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm