PKK-ya ərzaq aparan deputat saxlanıldı
Bizi izləyin

Dünya

PKK-ya ərzaq aparan deputat saxlanıldı

Türkiyə polisi və hərbçiləri Qarsda PKK terrorçularına ərzaq və digər yardım daşıyan 3 avtomobili saxlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, avtomobillərə baxış zamanı maraqlı faktlar ortaya çıxıb.

Belə ki, avtomobillərdən birində Türkiyə Böyük Millət Məclisinin (TBMM) kürdlərin dəstəklədiyi Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Şafak Özanlinin, digər avtomobillərdə isə onun 8 nümayəndəsinin, həmçinin xeyli miqdarda yardımın olduğu məlum olub.

Türkiyə polisi kürd deputat və onunla bərabər olan 8 nəfəri saxlayıb. Şübhəlilərin ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Hazırda onların barəsində də ciddi araşdırmalar başladılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm