Orduya “döyüşə hazır ol” əmri verildi
Bizi izləyin

Dünya

Orduya “döyüşə hazır ol” əmri verildi

Rusiya prezidenti Vladimir Putin Mərkəzi hərbi dairənin qoşunları və bu dairəyə bağlı hərbi hissələrin döyüşə hazırlığının yoxlanılması üçün qəfildən kompleks yoxlamaların keçirilməsi barədə əmr verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Müdafiə naziri qeyd edib ki, döyüş hazırlığının yoxlanılmasında ordu birləşmələri ilə yanaşı, Müdafiə Nazirliyinin Xüsusi Proqramlar üzrə Baş İdarəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Federal Tibbi-Bioloji Agentliyi, həmçinin Novosibirsk, Samara və Çelyabinsk vilayətlərinin yerli qurumları iştirak edəcəklər.

Döyüş hazırlığının yoxlanılması sentyabrın 7-dən 12-dək davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm