NATO Kiyevdə nümayəndəlik açacaq
Bizi izləyin

Dünya

NATO Kiyevdə nümayəndəlik açacaq

Şimali Atlantika İttifaqı (NATO) Kiyevdə nümayəndəliyini açacaq.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, bununla bağlı razılaşma NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna paytaxtına bu ay planlaşdırılan səfəri zamanı imzalanacaq.

Klimkin əlavə edib ki, NATO-nun baş katibi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında iştirak etməyə razılaşıb. Stoltenberqin səfəri çərçivəsində NATO və Kiyevin müdafiə sahəsində əməkdaşlığı haqqında yol xəritəsinin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Ukrayna 2014-cü ilin dekabrında bloklara qoşulmayan ölkə statusundan imtina edib. Ukrayna Ali Radanın müvafiq qərarı ilə hərbi-siyasi ittifaqlara qoşulmaq imkanı əldə edib. Ukrayna prezidenti Pyotr Poroşenko ötən ilin payızında vurğulayıb ki, ölkədə beş-altı il sonra NATO-ya birləşmə məsələsi ilə bağlı referendum keçirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm