Sisi fələstinlilərin “can damarı”nı kəsməyə hazırlaşır
Bizi izləyin

Dünya

Sisi fələstinlilərin “can damarı”nı kəsməyə hazırlaşır

Misir prezidenti Əbdülfəttah Əl-Sisi fələstinlilərin “can damarı”nı kəsməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Misir fələstinlilərin xarici aləmlə əlaqəsində əhəmiyyətli rol oynayan tunellərə nəhəng borularla dəniz suyu boşaltmaq niyyətindədir.

Qəzzanı blokadaya alan İsrail Həmasın hakimiyyətə gəlməsindən sonra - 2007-ci ildə Misir-Qəzza sərhədindəki Rifah sərhəd qapısı vasitəsilə həyata keçirilən ticarəti dayandırıb. Tunellər isə bundan sonra fələstinlilərin gündəlik ehtiyaclarının ödənilməsində mühüm rol oynamağa başlayıb.

Qəzza və Misir arasındakı tunellərdən ərzaq, dərmanlar, maye yanacaq və digər gündəlik tələbat malları daşınır. Misirdəki hərbi çevrilişlə hakimiyyətə gələn Sisi tunellərin böyük hissəsini dağıdıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm