Türkiyə PKK ilə danışıqlara başladı – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə PKK ilə danışıqlara başladı – FOTOLAR

Türkiyənin Hakkari vilayətinin Dağlıca kəndində PKK tərəfindən terror aktı zamanı şəhid olmuş türk hərbçilərin cəsədi hazırda terrorçuların əlindədir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, PKK terrorçuları şəhid əsgərlərin cəsədlərini Türkiyə ordusuna vermək istəmir.

Cəsədlərin geri alınması üçün Dağlıca kənd sakinləri hərəkətə keçiblər. Hazırda kənd sakinlərinin Qarlı kəndində PKK terrorçuları ilə danışıqlar apardığı deyilir. Danışıqlar aparan dinc əhali arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) kürdlərin dəstəklədiyi Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Şafak Özanli da var.

Qeyd edək ki, PKK ilə yaxınlığı ilə tanınan ANF xəbər saytı isə Türkiyə ordusunun Dağlıca əməliyyatlarında 31 şəhid verdiyini, 6 hərbçisinin isə yaralandığı barədə xəbər yayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm