Tailandın paytaxtına meteorit düşdü – FOTO/VİDEO
Bizi izləyin

Dünya

Tailandın paytaxtına meteorit düşdü – FOTO/VİDEO

Tailand səmasında iri naməlum obyekt görünüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bu gün səhər qeydə alınıb. Şahidlərin sözlərinə görə, naməlum obyekt birdən-birə yoxa çıxıb. Bir neçə saniyə sonra isə güclü partlayış səsi eşidilib.

Banqkokda fəaliyyət göstərən Milli və Elmi Tədqiqat İnstitutunun astronomları onun meteorit olduğunu güman edirlər. Lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. Bəziləri bunun kosmosdan Yerə düşən səma cisimlərinin tör-töküntüsü olması fərziyyəsini irəli sürürlər.

Qeyd edək ki, 2013-cü ilin 15 fevralında da Rusiyanın Çelyabinsk vilayətinə diametri 17-20 metr, çəkisi 10 ton olan asteroid düşmüşdü. Meteoritin qalıqlarından ən böyüyü Çebarkul gölündədir. Suyun altındakı qalığın çəkisi 600 kiloqramdır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm