Kremldən Suriya ilə bağlı ETİRAF
Bizi izləyin

Dünya

Kremldən Suriya ilə bağlı ETİRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə telefon söhbətində Suriya barədə bəzi etiraflar edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki,Lavrov Rusiyanın Suriyaya hərbi texnika və silah göndərdiklərini, bunu heç bir zaman gizlətmədiklərini açıqlayıb.

Söhbətin gedişatında Rusiya xarici işlər naziri Rusiya aviasiyası və hərbçilərin Suriya ərazisində yerləşdirilməsi barədə informasiyaları təkzib edib. Lavrov bildirib ki, İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda Rusiya hərbçilərinin iştirakı haqqında danışmaq hələ tezdir. Lavrovun sözlərinə görə, Moskva terrorçularla mübarizə məqsədi ilə rəsmi Suriya hakimiyyətinə hərbi texnikanın çatdırılmasını heç vaxt gizlətməyib.

Qeyd edək ki, avqustun 31-də İsrail KİV-i diplomatik mənbələrə istinadən Rusiyanın Dəməşq yaxınlığında yerləşən aerodroma döyüş aviasiyası, vertolyotlar, hava hücumundan müdafiə sistemləri və hərbçilər yerləşdirdiyini yazıb. Kremldən isə bu informasiyanı təkzib ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm