Sərnişin qatarı yük maşını ilə toqquşdu: 12 yaralı
Bizi izləyin

Dünya

Sərnişin qatarı yük maşını ilə toqquşdu: 12 yaralı

Çexiyanın Şluknov şəhərində sərnişin qatarı yük maşını ilə toqquşub.

Trend-in "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 12 nəfər xəsarət alıb.

Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, DAF markalı yük avtomobili qorunmayan keçidi keçərkən qatarla toqquşub. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müvəqqəti olaraq dəmiryol sahəsində bütün qatarların hərəkəti dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm