Əsəd əlində olan son neft quyularını da itirdi
Bizi izləyin

Dünya

Əsəd əlində olan son neft quyularını da itirdi

Suriyanın dövlət başçısı Bəşər Əsəd ölkəsindəki son neft ərazisini də itirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ötən gün İŞİD terrorçuları Suriyanın Cezal neft quyularını ələ keçirib.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatı isə bəyan edib ki, Cezal neft quyuları indiyədək Bəşər Əsədin nəzarətində olan sonuncu neft ərazisi idi: “Ancaq ötən gündən etibarən Bəşər Əsəd İŞİD-lə döyüşlərdə bu ərazini də itirdi”.

ABŞ və Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr isə yaxın vaxtlarda sözügedən bölgədə kəşfiyyat uçuşlarına başlayacaqlarını bəyan ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm