İŞİD-in kral ailəsinə sui-qəsd cəhdi
Bizi izləyin

Dünya

İŞİD-in kral ailəsinə sui-qəsd cəhdi

Böyük Britaniya Kraliçası II Elizabet və onun ailəsinin digər yüksək vəzifəli üzvlərinə qarşı sui-qəsdi planlaşdıran iki İŞİD üzvü zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “The Telegraph” nəşri bildirib.

Xüsusi xidmət orqanları aydınlaşdırıb ki, Böyük Britaniya sakinləri Reyad Xan və Cünayd Hüseyn Yaponiya üzərində qələbənin 70-ci illiyinə həsr edilmiş tədbirlərdə partlayış təşkil etməyə hazırlaşırdılar. Londonda avqustun 14-də keçirilən mərasimdə II Elizabet, şahzadə Çarlz və kral ailəsinin digər yüksək vəzifəli üzvləri iştirak edirdilər.

Daha əvvəl isə Britaniyanın baş naziri Devid Kemeron parlamentdə keçirilən dinləmələr zamanı Suriyada bir neçə Britaniya musəlmanının öldürüldüyünü bildirib. Onun sözlərinə görə, Xan Britaniyanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olub. Birmingem şəhərinin 21 yaşlı sakini Hüseyn isə Amerika pilotsuz təyyarəsinin zərbələri ilə məhv edilib.

“The Telegraph” qeyd edir ki, bir neçə il əvvəl İŞİD-ə daxil olan Xan Britaniyanın ali məktəblərindən birində oxuyurdu. Nüseyn isə 2012-ci ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin şəxsi elektron hesabını qırdığına görə həbs edilib. 2013-cü ildə həbsdən çıxan Hüseyn Suriyaya gedib və İŞİD-in “Kiberxalifat” adlanan haker qrupunu yaradıb. Haker qrupu bir sıra fransız saytları, o cümlədən ABŞ Mərkəzi komandanlığının, “Newsweek” və “International Business Times” nəşrlərinin saytlarına hücum edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm