Azərbaycan sərhədində terror: PKK 12 polisi şəhid etdi – VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Azərbaycan sərhədində terror: PKK 12 polisi şəhid etdi – VİDEO (YENİLƏNİB)

Türkiyənin İğdır vilayətinin Aralık mahalında polislərin olduğu mikroavtobus partladılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hasansan kəndi yaxınlığında törədilən partlayışda ən azı 12 polis öldürülüb, 4 yaralı var.

Məlumata görə, PKK yola yerləşdirdiyi partlayıcını polisləri daşıyan mikroavtobus keçərkən partladıb. Polislərin Türkiyə-Azərbaycan sərhədində yerləşən Diliçu sərhəd məntəqəsində işlədikləri bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm