PKK 200 “fədaisini” Türkiyə şəhərlərinə göndərdi
Bizi izləyin

Dünya

PKK 200 “fədaisini” Türkiyə şəhərlərinə göndərdi

Türkiyənin Milli Təhlükəsizlik və Anti-terror İdarələri PKK terrorçuları ilə bağlı hesabat hazırlayır.

Publika.az-ın verdiyi məlumata görə, bu barədə “Hürriyyət” qəzeti xəbər yayıb.

Məlumata görə, PKK bombalı terror aktları törətmək məqsədilə son 40 gün ərzində 200 nəfər “fədaisini” Türkiyə şəhərlərinə göndərib: “Hesabatda o da qeyd olunur ki, Türkiyədə 1990-2000-ci illər arası tarixlərdə kürd ailəsində doğulan uşaqların böyük əksəriyyəti PKK-nın nəzarəti altında boya-başa çatıblar. Həmin uşaqlar indi artıq kifayət qədər böyüyüblər. PKK bu uşaqların beyninə öz ideologiyasını yeridib. Həmin uşaqlar indi PKK-nın “fədailəri” hesab olunur. Həmin uşaqlar tam nəzarətdə saxlanılmalıdır. Əks halda, bu, Türkiyə üçün böyük təhlükələr yarada bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm