Qərb Əsədlə sülh danışıqlarına başlamaq istəyir
Bizi izləyin

Dünya

Qərb Əsədlə sülh danışıqlarına başlamaq istəyir

Yaxın vaxtlarda İran hökuməti Qərblə Suriya prezidenti Bəşər Əsəd arasında görüşün təşkilində vasitəçi ola bilər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın nüfuzlu “El Mundo” qəzeti xəbər yayıb.

Qəzet yazır ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya İrana səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə Bəşər Əsədlə bağlı yeni təkliflərlə çıxış edib.

Görüş zamanı ispan nazir bəyan edib ki, artıq rəsmi Dəməşq ilə Qərb arasında görüşün keçirilmə vaxtı yetişib. O, İranın bu görüşü təşkil etməsini təklif edib: “Suriyada vətəndaş müharibəsi başlayandan bəri 250 min adam həlak olub. Bu müharibənin daha çox insanın ölümünə səbəb olmasını istəmiriksə, o zaman Bəşər Əsəd rejimi ilə müzakirə masasına oturmalıyıq. Xoşumuza gəlsə də, gəlməsə də, Bəşər Əsəd hakimiyyəti BMT Təhlükəsizlik Şurasında təmsil olunur. Ona görə də rəsmi Dəməşq beynəlxalq müzakirələr aparmaq hüququnu itirməyib. Sülhə danışıqlar yolu ilə nail olmaq olar. Tarixdə buna bənzər danışıqlar olub. Buna misal kimi ötən əsrdə ABŞ ilə Çin və Sovetlər İttifaqı arasında əldə olunan razılığı və reallaşan görüşləri deyə bilərəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm