Əlçatmaz ulduzların şəklini çəkmək mümkün olacaq - VİDEO
Bizi izləyin

Dünya

Əlçatmaz ulduzların şəklini çəkmək mümkün olacaq - VİDEO

Alimlər Qalaktikanı çəkməyə imkan verən yeni kamera hazırlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 3,2 giqapiksel kamera Çilidə quraşdırılmaqda olan böyük teleskopun bir hissəsini təşkil edəcək. Yeni kamera bu vaxta qədər obyektiv üçün əlçatmaz ulduzların şəkillərini çəkməyə imkan verəcək.

Yeni teleskopun kamerası əvvəlkilərdən daha böyük olacaq. Yığılmış halda kameranın çəkisi üç ton ağırlığındadır.

Alimlərin fikrincə, yeni kamera indiyədək Yerdən çəkilə bilməyən milyardlarla kosmik obyektləri 10 il ərzində təsvir etməyə imkan verəcək. Kamera çəkdiyi şəkillərin altı milyon GB-lıq arxivini yaradacaq. Bundan əlavə, bu kamera vasitəsilə hələ insanların görmədiyi kosmosa aid filmlər də çəkiləcək. Yaxın günlərdə kameranı quraşdırmaq üçün materiallar hazırlanacaq. Çox güman ki, bu cihaz beş ildən sonra sınaqdan keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm