Qiyamçı generalın adamı öldürüldü
Bizi izləyin

Dünya

Qiyamçı generalın adamı öldürüldü

Tacikistanın şərqində qiyamçı general Əbdüxəlim Nazarovun yeddi tərəfdarı saxlanılıb, biri isə öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə respublikanın güc strukturlarındakı mənbə deyib.

Onun sözlərinə görə, paytaxt Düşənbədən 150 kilometr şərqdə yerləşən Ramit dərəsində cinayətkar qruplaşmanın üzvlərinə qarşı xüsusi əməliyyat davam edir. İndiyə kimi generalın 72 tərəfdarı saxlanılıb.

Tacikistan baş prokurorluğu 4 sentyabr tarixinə kimi Tacikistan müdafiə nazirinin müavini vəzifəsini tutan Nazarova qarşı cinayət ittihamı irəli sürüb. O, dövlətə xəyanətdə, terrorçuluqda və ekstremist dəstəyə rəhbərlik etməkdə ittiham olunur.

Qeyd edək ki, avqustun 5-də qiyam qaldıran general bir gün sonra təslim olub. Onun tərəfdarlarının bir hissəsi isə Ramit dərəsində müqavimət göstərməkdə davam edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm