“Kanyon” ABŞ-ı təşvişə saldı: Amerikanın sualtı bazaları təhlükə qarşısında
Bizi izləyin

Dünya

“Kanyon” ABŞ-ı təşvişə saldı: Amerikanın sualtı bazaları təhlükə qarşısında

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın hazırladığı sualtı pilotsuz təyyarə ilə bağlı ciddi təşviş keçirir.

Publika.az “The Washington Free Beacon” nəşrinə istinadən xəbər verir ki, Samarada hazırlanan sualtı pilotsuz təyyarə onlarla meqaton döyüş başlıqlarını daşımaq gücünə malikdir.

Pentaqon sualtı təyyarəyə “Kanyon” kod adı verib. ABŞ hərbi müəssisəsində hesab edirlər ki, Rusiyanın yeni hərbi layihəsi strateji nüvə güclərində aparılan müasirləşdirmə ilə bağlıdır.

Ekspertlərin fikrincə, sualtı pilotsuz gəmi yüksək sürətə malik olacaq və uzaq məsafələri qət edə biləcək. Onun hətta Amerika sualtı gəmilərinin əsas bazalarına hücüm edə biləcəyi təxmin edilir.

Amerikalı hərbi dəniz analitiki Norman Polmaranın sözlərinə görə, “Kanyon” T-15 sovet nüvə torpedosunun əsasında yaradıla bilər. Polmara qeyd edir ki, Rusiya hərbi donanması sovet ənənələrini davam etdirir və sualtı silah sistemləri sahəsində novatorluğu nümayiş etdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm