Dünya
Berluskoni Putinlə İŞİD-i müzakirə edəcək
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bu gün Rusiyaya səfər edəcək.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Berluskoni onunla yaxşı dostluq münasibətləri olan Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcək.
Qeyri-formal xarakterli görüşə ekspertlər böyük əhəmiyyət verirlər. Onlar ümid edirlər ki, sabiq baş nazir “İslam dövləti” (İŞİD) ilə mübarizəyə Moskvanı cəlb etməyi bacaracaq.
Berluskoninin lideri olduğu “İrəli, İtaliya!” Partiyasındakı mənbə “Kommersant”a bildirib ki, italiyalı qonaq Rusiya lideri ilə Suriya və Ukrayna böhranlarını müzakirə etməyi planlaşdırır. ABŞ-ın “Huffington Post” nəşrinin italyan versiyasının məlumatına görə, İtaliyanın sabiq baş naziri Rusiyanı terrorçuluğa qarşı kampaniyaya cəlb etməyə çalışacaq. Qeyd olunur ki, Rusiyanın anti-terror kampaniyasına qoşulması Rusiya və ABŞ arasındakı münasibətlərin donunun açılmasına və sanksiyaların ləğvinə gətirib çıxara bilər.
Nəşr hesab edir ki, Silvio Berluskoni Rusiya və NATO-nun yaxınlaşması təcrübəsini təkrarlamağa ümid edir. Məhz belə bir hadisə 2002-ci ildə Romada baş vermiş, NATO və Moskva arasında Roma bəyannaməsi imzalanmışdı.
Silvio Berluskoninin anti-terror məsələsində mövqeyi məlumdur. Onun fikrincə, İŞİD-ə qalib gəlmək üçün NATO-nun bütün ölkələri və Rusiyanın daxil olduğu beynəlxalq koalisiya yaradılmalı, koalisiya BMT-nin himayəsi altında hərəkət etməlidir.
Ömər Dağlı
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov