Dünya
Avropa miqrantları qəbul etməmək üçün bu hiyləyə əl atır
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropada
Yaxın Şərq və Şimali Afrika ölkələrindən miqrantların axını ilə
bağlı yaranan böhranın aradan qaldırılması üçün bu gün Brüsseldə
yeni strategiyanı təqdim edəcək.
Publika.az xəbər verir ki, “Rusiya qəzeti” yeni
strategiyada 120 mindən 160 minə qədər miqrantın qəbul olunması
təklifinin yer alacağını yazıb: “Yunker qaçqınların bölgüsü üzrə
Avropa Birliyi ölkələrinin öhdəlikləri haqda ilk təkliflə bu ilin
aprelində çıxış edib. Öhdəliklərdən imtina edən Avropa ölkələr bunu
iqtisadi vəziyyətin pisləşməsi və ictimai vəziyyətin pozulacağı ilə
əsaslandırdılar. Buna görə də Brüssel məcburi kvotalar qəbul etməyə
məcbur oldu. Yunker də kvotalar haqqında məsələni yenidən qaldırmaq
niyyətindədir. Lakin bunun Yaxın Şərq və Şimali Afrikadan gələn
miqrantların sayının kəskin artacağına səbəb olacağı
proqnozlaşdırılır”.
Qəzet yazır ki, Avropada miqrantları yük kimi qəbul edirlər və
onlardan yaxa qurtarmağın lazım olduğu fikri hakimdir: “Lakin
Avropa qəbul etmək istəmir ki, hazırda yaranan miqrant problemi
Yaxın Şərq və Şimali Afrikada problemin həll edilməsi üçün
strategiyanın olmamasından doğub. Avropa ölkələri miqrantları qəbul
etməmək üçün bütün hiyələlərə əl atır. Misal üçün, Danimarka ərəb
KİV-ində potensial qaçqınlar üçün Skandinaviyanın cazibədarlığını
reklam edən məqalələr dərc etdirir. Bunun ardınca dərhal Livan
nəşrində Suriya qaçqınlarına ünvanlanmış xəbərdə yazılır ki,
Danimarkada qaçqınlarla bağlı qanunvericilik sərtləşdirilir. Belə
ki, Danimarkada sosial yardım 50 faiz ixtisar olunur, yaşamaq
hüququnu almaq üçün lazım olan müddət artırılır, bu ölkənin dilini
minimal səviyyədə bilmək tələb olunur”.
“Rusiya qəzeti” qeyd edir ki, avropalılar artıq tolerantlıq hissini
unudub və qaçqınlara qarşı ayrı-seçkilik nümayiş olunur.
“Hətta BMT-nin qaçqınlar üzrə ali komissarlığının xəbərdarlığına
fikir vermirlər”, - deyə məqalədə bildirilir.
Asif Nərimanlı
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO