Türk əsgərlər Suriyada müharibəyə girir
Bizi izləyin

Dünya

Türk əsgərlər Suriyada müharibəyə girir

Türk əsgərlər Suriyada müharibəyə girir

Dünya Suriyada türk torpağı sayılan, Süleyman şahın məqbərəsinin olduğu Karakozak kəndinin yaxınlığında İraq Şam İslam Dövləti (İŞİD) ordusu ilə Azad Suriya Ordusu (ASO) arasında atışmalar davam edir. Publika.Az milliyet.com.tr-ə istinadən verdiyi xəbərə görə, məqbərədə olan Türkiyə əsgərlərinin sayı çoxaldılıb. Məlumata görə, burda xidmət çəkən 25 əsgərə məqbərəyə hücum olacağı təqdirdə “atəş aç” əmri verilib.

Bu təşvişə səbəb isə vəhhabilərdən ibarət İŞİD ordusunun işğal etdiyi hər yerdə türbələri, sərdabələri və məqbərələri uçurmasıdır.

Qeyd edək ki, Süleyman Şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babasıdır və onun məqbərəsinin yerləşdiyi Karakozak kəndi Türkiyə torpağı sayılır.

Türkiyə Baş Qərargah idarəsi isə məqbərə hücuma məruz qalacağı təqdirdə İŞİD ordusuna qarşı əməliyyat keçirilməsi və atəş açılması istiqamətində əmr verib. Hazırda sərhəddə olan Türkiyə hərbi hava donanması və Quru qoşunları gözləmə mövqeyindədir.

Fransa ilə Türkiyə arasında 1921-ci ildə bağlanmış “Ankara” razılaşmasına görə, Suriyada olan bu bölgə Türkiyə torpağı kimi qəbul edilib və Süleyman şah məqbərəsində Türkiyə əsgərlərinin keşik çəkməsinə qərar verilib. Bu, Türkiyənin öz sərhəddinin xaricində olan yeganə torpaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm