Krımda vətəndaş müharibəsi başladı - VİDEO
Bizi izləyin

Dünya

Krımda vətəndaş müharibəsi başladı - VİDEO

Krım özünümüdafiə dəstələri Ukrayna hərbiçilərinə qarşı odlu silahdan istifadə ediblər.

AzVision.az rus mətbuatına istinadla xəbər verir ki, qarşıdurmalar zamanı bir fransız jurnalist də həbs olunub. Lakin Krım özünümüdafiə dəstəsi bir neçə saatdan sonra onu azad edib.



Canal + təmsilçisi telejurnalist Devid Qifro Krım özünümüdafiə dəstələri tərəfindən həbs olunduğu bildirilir. Sərhədsiz reportyorlar təşkilatı Krımda olan KİV nümayəndələrinə xəbərdarlıq göndərərək, onları diqqətli olmağa çağırıblar: “Siz hədəfdəsiniz, ehtiyatlı olun!”



Jurnalistin Simferopolda yerləşən hərbi bazalardan birindən azad edilməsi zamanı Ukrayna hərbiçiləri ilə Krım özünümüdafiə dəstələri arasında atışma baş verib. Krım təmsilçilərinin odlu silahdan istifadə etdikləri bildirilir. Ölən və yaralıların olduğu bildirilsə də bu barədə heç bir rəsmi məlumat verə olmayıb. Bəzi KİV-lər baş verənlərin bölgədə vəziyyətin daha da gərginləşməsinin göstəricisi və hətta vətəndaş müharibəsinin başlanğıcı olduğunu qeyd edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm