Dünya
44 polis casusluğa görə mühakimə olunacaq
Türkiyənin silkələyən 17 Dekabr əməliyyatından sonra internetdə yayılan və qanuni dinləmələrin olduğu şübhə doğuran səs qeydləri Təhlükəsizlik Müdirliyinin Kəşfiyyat Şöbəsində qeydə alınıb.
Publika.Az – ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin “Star” qəzeti yazıb.Xəbərdə səs qeydlərini alan və onları sızdıran 44 polis barəsində casusluq ittihamı ilə istintaq açıldığı bildirilir. Bundan başqa isə 10 nəfərin polis sıralarından uzaqlaşdırılması istənilib.
Daxili İşlər Nazirliyinin müfəttişləri tərəfindən aparılan istintaqın nəticəsində Təhlükəsizlik İdarəsinin Kəşfiyyat Şöbəsində qanunsuz dinləmələrin edildiyi, yüksək rütbəli dövlət rəsmilərinin şəxsi məlumatlarının araşdırıldığı, qeydlərinin bir hissəsinin silindiyi, gizli saxlanılması vacib olan məlumatların isə mediaya sızdırıldığı müəyyənləşdirilib.
Türkiyə Cinayət Məcəlləsinin 327 və 328-ci maddələrinə əsasən Ankara Baş Prokurorluğu 44 polisin “Dövlətin təhlükəsizliyi, daxili və ya xarici siyasi mənfəətləri baxımından gizli qalması vacib olan məlumatları siyasi və ya hərbi casusluq məqsədilə yaydığına” görə mühakimə olunmasını istəyib. Bu ittihamlar sübut ediləcəyi halda, polisləri 15 ildən 20 ilə qədər həbs cəzası gözləyir.
Ömər Dağlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ