Yaponiya ordusu ölkə xaricində müharibə edəcək
Bizi izləyin

Dünya

Yaponiya ordusu ölkə xaricində müharibə edəcək

Yaponiya ordusu II Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkə hüdudlarından kənarda müharibə edə biləcək.

Yaponiya Parlamentinin Yuxarı palatası Özünümüdafiə Qüvvələrinin səlahiyyətlərinin gücləndirilməsini nəzərdə tutan qanunların qəbuluna birdəfəlik səs verib.

Ötən il Yaponiyanın Nazirlər Kabineti baş nazir Sindzo Abenin başçılığı ilə ölkə Konstitusiyasına kollektiv özünümüdafiə hüququnun tətbiqinə icazə verən yeni interpretensiya qəbul edib.

Bu hüquq Yaponiyanın hətta ölkə hücuma məruz qalmasa belə, öz hərbi müttəfiqlərinə hərbi yardım etməsini nəzərdə tutur.

Qəbul edilən qanun Yaponiya qoşunlarına II Dünya müharibəsindən sonra ilk dəfə olaraq sərhəddən kənarda gedən hərbi əməliyyatlarda iştirak etmək imkanı verəcək.

Qanun sıravi seçicilərin kütləvi etirazlarına baxmayaraq qəbul olunub.

Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm